BAKU Azərbaycan
°C

3 aydır davam edən Rusiya-Ukrayna müharibəsində danışıqlar masasına oturmaq üçün tərəflər qarşılıqlı şəkildə ağır şərtlər irəli sürür. Ukrayna prezidenti Vladimir Zelenski isə son açıqlamasında bildirib ki, danışıqlar yalnız Rusiyanın işğal etdiyi ərazilərdən çıxmasından sonra baş tuta bilər. 

Maraqlıdır, Ukrayna prezidentinin bu şərti Rusiya tərəfindən qəbul ediləcəkmi? Hər iki tərəfin də hərbi gücünün sarsıldığı ərəfədə müharibə yekunlaşa bilərmi? 

Mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, hazırda Rusiyanın geri addım atacağı gözlənilmir: 

"Rusiya Xarici işlər naziri Sergey Lavrov son açıqlamasında bildirib ki, Rusiyanın zəiflədiyini düşünənlər Rusiya tarixini yaxşı bilmirlər. Bu baxımdan müharibənin tezliklə yekunlaşacağı gözlənilmir. Odur ki, Zelenskinin Rusiyaya təklif etdiyi şərtlərin tam olaraq yerinə yetiriləcəyi real görünmür. Rusiyanın heç olmazsa, minimum məqsədlərinə çatmamış Ukrayna ərazilərindən çəkilməsi bu dövlətin iflası anlamına gələcək. Müharibənin gələn ilin yazına qədər davam edəcəyini düşünürəm. Postmüharibə dövrü daha ağrılı olacaq. Tarixi təcrübə də də göstərib ki, müharibənin silahlı qarşıdurma mərhələsi yekunlaşsa belə, münaqişələr uzun illər dondurulmuş şəkildə qala bilər. Rusiya-Ukrayna münasibətlərinin uzun onilliklər ərzində gərgin olacağını düşünürəm. Hər iki xalq arasındakı qırılmış münasibətləri yaxın 5-10 il ərzində bərpa etmək mümkün olmayacaq".

Semra Ələkbərli
Gundem.az
 

Son xəbərlər

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bütün xəbərlər