26.05.2022 / 17:14
336
“Akıncı” PUA-larının Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır
“Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır.
Gundem.az xəbər verir ki, bu barədə APA-ya Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank açıqlama verib.
O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Hazırda bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay