BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.

Gundem.az xəbər verir ki, görüşdə Məhəmməd Sadiq Sancrani Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alviyə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Məhəmməd Sadiq Sancraninin ölkəmizə səfərinə toxunaraq yüksək səviyyədə olan əlaqələrimizə dair məsələlər ətrafında fikir mübadiləsinin aparılması üçün bu səfərin yaxşı imkan yaratdığını bildirdi.

Dövlətimizin başçısı qardaş Pakistanın hər zaman, xüsusilə də torpaqlarımızın işğalı illərində, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə ölkəmizə göstərdiyi qardaşlıq dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını bildirdi.

Ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirən Məhəmməd Sadiq Sancrani Pakistan xalqının Azərbaycanın Qələbəsini böyük sevinclə qeyd etdiyini vurğuladı.

Pakistan İslam Respublikası Senatının sədri Vətən müharibəsində qazanılan Şanlı Qələbə və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Qonaq Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının əhəmiyyətini vurğuladı.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edildi. Həmçinin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi-ticari sahələrdə əməkdaşlığımızın genişləndirilməsinin, birbaşa hava əlaqəsinin bərpasının önəmi bildirildi.

***

12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancranini qəbul edib.

Gundem.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Anlaşmaya görə, Xankəndi, Xocalı, Ağdərə… – Armina Adibekyan

Ermənilər Xankəndini də yandıracaqlar…

Qadınlar diqqətli olsunlar! – Bu əlamətlər varsa...

Pandemiyaya səbəb olacaq yeni virus meyvə ilə yayılır - Lanye virusu nədir?

"Qarabağ"dan möhtəşəm qələbə: Pley-offa vəsiqə qazandı

Aloe bitkisinin 50-dən çox xəstəlikləri müalicə etdiyini bilirdinizmi?

Ərdoğanla Əliyevin bu fotosu gündəm oldu

Bayden “çip” qanununu imzaladı

Dənizə çirkab suların axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA

İspaniya kraliçası açıq-saçıq geyiminə görə tənqid olundu - FOTO

“Qarabağ”dan ikinci qol - Yenilənir+VİDEO

Belarusun keçmiş rəhbəri vəfat etdi

Direktorun otağına girib seyfi belə oğurladılar - VİDEO

Yanğın zamanı 2 yanğınsöndürən və 2 polis əməkdaşı yaralanıb

Yevlaxda binanı yandıran şəxs HƏBS EDİLDİHADİSƏNİN DETALLARI

ABŞ 100 belaruslu məmuru qara siyahıya saldı 

Ağdamda kütləvi zəhərlənmə: SON VƏZİYYƏT AÇIQLANDI

“Twitter” Rusiya XİN-in səhifəsini bloklayıb

İslam oyunlarının təntənəli açılış mərasimi keçirilir - Canlı

Hərbçiləri daşıyan maşın partladıldı - 15 ölü

Bütün xəbərlər