BAKU Azərbaycan
°C

“Azərbaycan xalqını məğlub xalqlar siyahısından çıxarıb, qalib xalqlar cərgəsinə daxil etdiyiniz üçün Sizə və qəhrəman ordumuza bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, bir dövlət başçısı kimi əldə etdiyiniz uğurlar daha da artacaq və istər Azərbaycan, istərsə də dünya tarixində öz sözünü demiş siyasətçi kimi hələ daha çox nailiyyətlərə imza atacaqsınız”.

Gundem.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkə başçısı İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar təbrikini çatdırarkən qeyd edib.

Eks-prezidentin Ali Baş Komandanı ad günü münasibətilə ürək sözlərini olduğu kimi təqdim edirik:

“Cənab prezident Sizin apardığınız düşünülmüş təmkinli və qətiyyətli mübarizənizin nəticəsində, heç kimin gözləmədiyi, ümüdlərin kəsildiyi bir vaxtda, Azərbaycan xalqı öz tarixi dədə baba torpaqlarına sahib çıxdı. Şuşa kimi alınmaz bir qala, neçə-neçə müqəddəs məkanlarımız, məscidlərimiz Sizin qətiyyətiniz, hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olundu.

Ali Baş Komandan ad günü və yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, can sağlığı, şərəfli, məsuliyyətli, eyni zamanda mürəkkəb və gərgin işinizdə müvəffəqiyyətlər arzulayıram”, - deyə Ayaz Mütəllibov vurğulayıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər