BAKU Azərbaycan
°C

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafı Dəstəkləmə İctimai Birliyinin Türkiyə nümayəndəsi  Hulusi Kılıç Gundem.az-ın suallarını cavablandırıb.

Materialı təqdim edirik:

 

- İranın Ermənistandakı keçmiş səfiri Qasim Səccadi  bildirib ki, Türkiyə Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra hazırda İran sərhədləri yaxınlığında təcavüzkar əməliyyatlar aparır. Türkiyə başa düşməlidir ki, odla oynayır. Keçmiş səfirin bu ittihamlarına münasibətiniz necədir?

- Qasim Səccadinin sözləri böhtandır, yalandır, reallıqla heç bir əlaqəsi yoxdur. Türkiyə hər zaman terrora qarşı mücadilə edən bir dövlətdir. Yunanıstanda, Kiprdə, Ermənistanda və Suriyada hər hansı terror fəaliyyəti yürütməyib. Amma bu ölkələrin Türkiyəyə qarşı düşmənçilik münasibətləri var. İraq və Suriyada Türkiyəyə yönəlmiş terror fəaliyyətləri olduğu üçün Ankara BMT-nin verdiyi özünümüdafiə haqqından istifadə edərək terror ocaqlarını təmizləyir. Bilirsiniz ki, PKK və PYD-ni bəzi ölkələrdə dəstəkləyirlər. Türkiyənin guya İran sərhədlərinə yaxın təcavüzkar fəaliyyət göstərməsi iddiaları tamamilə yalandır və reallıqdan uzaqdır. Keçmiş səfirin Ermənistanın təsiri altında olduğu anlaşılır. Ermənistan da Türkiyəyə qarşı daim iftiralar atıb, yalanlar danışıb. Qasim Səccadinin də bundan təsirləndiyi anlaşılır. Türkiyə heç zaman İrana qarşı düşmən mövqe sərgiləməyib. İrandan Türkiyəyə qarşı fəaliyyətlər olduğunda bunu dilə gətiririk. Bu, bir sirr deyil. Qasim Səccadinin işlətdiyi ifadələr keçmiş səfirə yaraşmayan bir tərzdir. Ortada heç bir şey yoxkən, belə ifadələr işlətmək bölgədəki sabitliyə müsbət təsir etmir. Türkiyə özünə qarşı heç bir hücum olmadığı müddətdə heç bir ölkəyə qarşı hücum etməz. Xüsusilə də, İran siyasətçiləri yaxşı bilirlər ki, Türkiyə bütün dünyanın təzyiqlərinə baxmayaraq, İranı dəstəkləyib. Odur ki, bizin İrana qarşı heç bir fəaliyyətimiz ola bilməz. Bir daha bu açıqlamanı pisləyirəm və diplomata yaraşmadığını bəyan edirəm. 

- Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşünün sentyabrda Qarsda baş tuta biləcəyi qeyd olunur. Türkiyə-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti hansı səviyyədədir? 

- Türkiyə Azərbaycan ərazilərini işğal etdiyi üçün Ermənistanla 1993-cü ildə sərhədlərini bağlayıb və diplomatik münasibətləri kəsib. 44 günlük müharibə zamanı Azərbaycan öz ərazilərini işğaldan azad etdi və durum dəyişdi. Bəzi ölkələrin də tələblərinə uyğun olaraq Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq qərarı qəbul edib. Hər iki tərəf danışıqlar aparmaq üçün nümayəndə təyin edib. Türkiyə Vaşinqtondakı keçmiş səfir Sərtar Kılıçı, Ermənistan isə məclis başqan vəkili Robenyanı nümayəndə təyin etmişdilər. Təmsilçilər 2022-ci ilin yanvarında Moskvada, daha sonra Vyanada olmaqla, ümumilikdə 4 dəfə görüşüblər. Türkiyə ilk gündən görüşlərin üçüncü ölkədə deyil, ya Ermənistanda, ya da Türkiyədə olmasını arzulayıb. Düşünmək olar ki, növbəti görüş də iki ölkədən birində olacaq. Görüşün Qarsda olacağı hələ təsdiqlənməyib. Vyana görüşündə üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədlərindən keçməsinə dair qərar qəbul edilib. Amma açıq şəkildə qeyd etmək lazımdır ki, Türkiyə Ermənistanla aparılan danışıqları Azərbaycan tərəfi ilə koordinasiya edir. Türkiyənin istəyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır. Türkiyə Ermənistanla əlaqələrini İrəvan-Bakı arasında bağlanacaq sülh müqaviləsindən sonra gerçəkləşdirəcək. Ermənistanla keçirilən görüşlər, aparılan danışıqlar güvəni artırmaq məqsədi daşıyır. Ayrıca, görüş Ermənistan-Azərbaycan sülh danışıqlarını təşviq etmək məqsədi daşıyır. Yəni sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması Azərbaycanla əldə olunacaq sülh danışıqlarından sonra gerçəkləşəcək. Türkiyə bölgədə sülhün, sakitliyin və inkişafın olmasını arzulayır. Xarici işlər naziri Sergey Lavrov keçən dəfə bəyan etdi ki, Rusiya Ermənistan-Türkiyə əlaqələrinin qurulmasını məmnuniyyətlə qarşılayır. O, qeyd etmişdi ki, bu əlaqələr bölgəyə sülh və sabitlik gətirəcək. Bizim gözləntimiz Ermənistan tərəfinin bir an öncə sülh anlaşması üçün gərəkən addımları atmasıdır. Ermənistan Türkiyə ilə əlaqələrini bərpa etmək istəyirsə, ilk növbədə Azərbaycanla sülh anlaşması bağlamalıdır. Bölgədə təxribatların olması, Laçında əsgərimizin şəhid edilməsi danışıqlar prosesinə zərər vuracaq. Ermənistanın bu təxribatlara son qoyması lazımdır. Azərbaycanın Ermənistanla sülh anlaşması bağlamaqda maraqlı və səmimi olduğunu biliyirik. Eyni yanaşmanı Ermənistandan da gözləyirik. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sülh anlaşmalarının imzalanması bölgəyə sabitlik, inkişaf gətirəcək.  

- Ukraynada müharibə davam edir. Maraqlıdır ki, Türkiyə həm də birmənalı şəkildə Ukraynaya dəstək verir. Onun ordusunu “Bayraktarlar”la və digər hərbi texnikalar ilə təmin edir, Ukrayna taxılının dünya bazarında çıxarılmasında aktiv rol oynayır və eyni zamanda Rusiya ilə münasibətlərini davam etdirir. Nəzərə alsaq ki, Türkiyə NATO üzvüdür, Avropa Birliyinə can atan ölkədir, bu mənada Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə əməkdaşlıq etməsi Türkiyəyə hansısa problemlər yaradarmı?

- Rusiya-Ukrayna arasında fevralın 24-də başlayan müharibə bölgəmizə və dünyaya mənfi təsir edib. Türkiyə müharibənin durdurulması və sülh əldə olunması üçün əlindən gələni edir. 10 martda Antaliyada Ukrayna və Rusiya xarici işlər nazirlərini bir araya gətirib, 29 martda İstanbulda iki ölkə nümayəndələrinin görüşü təşkil olunub. Tərəflər atəşkəslə bağlı razılaşmaya çox yaxınlaşmışdılar. Sonra kənar müdaxilə nəticəsində proses yubandı. Ardınca hörətli cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və BMT baş katibinin iştirakı ilə tərəflər arasında taxıl nəqlilə bağlı anlaşma imzalanıb. Artıq Ukrayndan taxıl yüklü gəmilər dünya bazarına getməkdədir. Taxıl nəqliyyatı gerçəkləşməsəydi, xüsusilə də, Afrika ölkələrində qida təhlükəsi yaranacaqdı. Aclıq sıxıntısı olacaqdı. Türkiyənin müdaxiləsilə bu problem aradan qalxmışdı. Türkiyə ilk gündən müharibənin danayndırılmasına çalışdığı halda, Qərb ölkələri Ukraynanı silahlandırıb. Türkiyə Ukraynaya “Bayraqdarlar”ı daha öncə satıb. Türkiyə Rusiya və Ukraynaya bərabər münasibət sərgiləyir. İstanbul boğazını savaş gəmiləri üçün bağlamışıq. Türkiyə müharibəni dayandırmaq üçün çabalar göstərir. Bu günə qədər Türkiyənin Rusiya və Ukrayna ilə bağlı siyasətinə qarşı çıxanlar olmayıb. Türkiyə bu siyasətindən dönməyəcək. Savaşın durması üçün əlimizdən gələni edəcəyik. 

Söhbətləşdi:Nurlan 

Son xəbərlər

Ərdoğandan Antalyadakı faciə ilə bağlı açıqlama

Daha iki rayonda günəş elektrik stansiyaları qurulacaq

Leyla Əliyeva Nizami rayonunda ağacəkmə aksiyasında - FOTO

“Neftçi”dən "quru hesablı" məğlubiyyət

Qırmızı Meydanın bağlanma səbəbi AÇIQLANDI

Bakıda külək elektrik stansiyası tikiləcək

DSMF sosial yardımla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

Bu yollarda tıxac var - SİYAHI

Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib

Mirzoyan Səudiyyə Ərəbistanına gedir

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Azərbaycan elektromobil idxalını artırdı

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Şəhid anası vəfat etdi - FOTO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Bütün xəbərlər