BAKU Azərbaycan
°C

“Onun (Azərbaycandakı “səfirliklərin yüksək standartlarla mühafizəsi” – red.) təşkil edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz bir nümunəsidir”.

Gundem.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O xatırladıb ki, BMT-yə üzv olan bütün dövlətlər Vyana Konvensiyasının üzvüdür. Nazir bildirib ki, Konvensiyaya əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri hər bir qəbul edən dövlətin diplomatik missiyanın və diplomatların təhlükəsizliyini yüz faiz təmin etməsindən ibarətdir.

“Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”, - XİN başçısı vurğulayıb.

C.Bayramov söyləyib ki, eyni zamanda, artıq hansısa vandallıq, terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir: “Bu mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanırıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu məsələ nəzarətimizdə saxlanılacaq”.

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.

Son xəbərlər

Bəxtiyar Hacıyev Birinci vitse-prezidentdən kömək istəyib

"Abrams"ların ilk partiyası Ukraynaya çatdırılıb

Moskva Paşinyanın bəyanatlarını bəyənmir - Zaxarova danışdı

"Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi" - Dövlət başçısı

“5 gün əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi” - İlham Əliyev

Kürdəmirdə evdə PARTLAYIŞ - Ər-arvad xəsarət aldı

Azərbaycan-Türkiyə sənədləri imzalandı

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı

Blinkenin köməkçisi və USAID-in rəhbəri İrəvana gedir

Rusiyanın daxili işlər naziri İrəvanda

İlham Əliyev və Ərdoğanın təkbətək görüşü olub - YENİLƏNİB

Əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər

Polşa Kanadanın üzr istəməsini tələb edir

Gələn ay Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxılacaq

Oğluna cərimə yazılan qadın sürücü polisi təhqir etdi, həbs olundu

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycanlı futbolçu dopinqə görə 2 illik diskvalifikasiya olundu

Əmisi Qənirə Paşayevanın səhhəti ilə bağlı yayılan iddialara CAVAB VERDİ

Bütün xəbərlər