BAKU Azərbaycan
°C

Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinə səfəri baş tutdu. Səfər çərçivəsində Prezident Laçın şəhərində Azərbaycan bayrağını ucaldıb. Daha sonra çıxış edən Prezident bir sıra mühüm məqamlara toxunub.

Prezidentin gündəliyində bir çox mövzu olsa da, onlardan ən diqqətçəkəni Ermənistan silahlı qüvvələrinin dövlət sərhədi istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar və Azərbaycan ordusunun sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlar barədə danışması oldu. Prezident baş verənlər haqda ətraflı olmasa da, mühüm məlumatlar verdi.

“Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər” - deyə Prezident bildirib.

Dövlət başçısının sözlərində tarixi və siyasi həqiqət var. Məsələ ondadır ki, Ermənistan 27 il ərzində qondarma “artsax”ın öz müqəddəratını təyin etməsi ilə bağlı yalan məlumatlar yaysa da özü heç vaxt bu qurumu dövlət kimi tanımayıb. Çünki Ermənistanın məqsədi regionda ikinci erməni dövləti yaratmaq deyil, Qarabağın işğalını bu yolla legitimləşdirmək idi. Məhz buna görə Prezidentin də dediyi kimi “əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar”. Qondarma qurumun “bayrağına” da diqqət etdikdə Ermənistandan qopma, ayrılma təsviri var. Əslində bu belə rəsmi İrəvanın işğalçılıq siyasətinin göstəricisidir.

Siyasi reallığa gəldikdə isə 44 günlük müharibə sonrası rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlanmasını istədi. Mayın 23-də Brüsseldə Aİ Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar. Lakin həmin komissiya bu günə qədər istənilən səviyyədə iş görə bilmədi. Bunun səbəbi də birbaşa Ermənistandır. Rəsmi İrəvan vaxtaşırı etdiyi təxribatlar və diversiya hücumları komissiyanın işinə açıq şəkildə mane olur.

Nəticə etibarilə, bu gün Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi, nə də sərhədlərin demarkasiya və delimitasiyasına dair bir sənəd yoxdur. İki ölkə arasında dövlət sərhədləri qeyri-müəyyən qalırsa tərəflərdən heç biri digərini sərhəd pozmaqda ittiham edə bilməz.  Xüsusilə də Ermənistan.

Yeri gəlmişkən, prezident də bu məsələ ilə bağlı bir daha qeyd etdi ki, biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik: “Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası”.

Prezidentin çıxışının bir digər diqqətçəkən məqamı isə “Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının,  Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

Ölkə başçısının bu ifadəsi əslində Ermənistana qarşı "bal və balta" xəbərdarlığıdır. Belə ki, Prezident açıq qeyd edir ki, biz sərhədlərin delimitasiya və demarkasiyasına dair işlərin yenidən başlanmasına razıyıq. Bu məsələnin bal tərəfidir. “Bütün xəritələri toplamışıq, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir” ifadələri isə balta mahiyyəti daşıyır. Yəni bizim əlimizdə bir yox, bir neçə tarixi xəritə var. Ermənistan konstruktiv olmayacağı təqdirdə rəsmi Bakı tarixi xəritələr əsasında ərazi iddialarını genişləndirə bilər. Misal üçün, Prezidentin qeyd etdiyi XX əsrə aid xəritələrin birində Cənubi Qafqaz ölkələrinin dövlət sərhədləri açıq-aşkar göstərilib. Hətta həmin xəritədə Göyçə gölü iki ölkə arasında tam şəkildə bölünüb.

Prezident bununla bir daha Ermənistandan konstruktiv davranıb danışıqlara qayıtmasını, əks təqdirdə əməliyyatların davam edəcəyi, hətta Ermənistanın təsəvvür edə bilməyəcəyi həddə çatacağı mesajını verir.

 

Son xəbərlər

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Rusiya müdafiə nazirinin müavini SAXLANILDI

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb

Bakıda 3 maşın yandı

Həmişə sevgi üçbucaqları yaradan BÜRCLƏR

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Rusiya XİN Bakı və İrəvan arasında bu məsələni zəruri hesab etdi

"Qalatasaray" Azərbaycana gəlir… "Qarabağ"la birgə MÜHÜM LAYİHƏ!

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Bütün xəbərlər