BAKU Azərbaycan
°C

"Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar".

Gundem.az xəbər verir ki, bu fikirləri sentyabrın 30-da Sofiyada Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Təşəkkür edirəm, hörmətli cənab Prezident. İlk növbədə, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən gözəl ölkənizdə olmağımdan da çox məmnunam, dəvətə görə təşəkkür edirəm.

Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm", - Prezident vurğulayıb.

Son xəbərlər

F-16 qırıcısı QƏZAYA UĞRADI

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Britaniya Rusiyanın hərbi attaşesini ölkədən ÇIXARIR

"İnstaqram"da DƏYİŞİKLİK: İzləyici sayı...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Sabit məzənnə dolları dəyərsizləşdirir - Ekspert səbəbi AÇIQLADI

Ən çox satılan avtomobil markaları AÇIQLANDI 

Özünü ölü göstərən MTK rəhbəri Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi NAHAR VERİLDİ

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - FOTO

Məşhur müğənni SAXLANILDI - FOTO

Bütün xəbərlər