BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə, daha sonra isə Şuşa şəhərinə səfər edib.
 
Prezident hər il olduğu kimi bu il də doğum gününü xüsusi qeyd etməyib. Əvəzində işğaldan azad edilən ərazilərə səfər edərək həm burada bərpa prosesi istiqamətində görülən işlər ilə yerində tanış oldu, həm də doğum günü ənənəsinə sadiq qalaraq bir sıra mühüm açılışlar etdi. 
 
Səfər çərçivəsində xüsusi diqqət çəkən məqam prezidentin hərbi hissənin açılışında iştirak etməsi oldu. Ali Baş Komandanın Hadrut qəsəbəsində açılışını etdiyi hərbi hissə olduqca mühümdür. Bu hərbi hissədə Azərbaycan Ordusunun Türkiyə təcrübəsinə əsaslanaraq yaratdığı yeni komando briqadası yerləşəcək. Bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır.
 
Misal üçün, Türkiyədə "Komando”, "Bordo bereli”, "SAT-SAS”, ABŞ-da ”Reyncer”, ”Delta forçe”, Rusiyada "Alfa”, "Vımpel”, "Delta”, İsraildə "Amor”, Böyük Britaniyada "Kommandos”, "Skorpion” və s bu kimi birləşmələr məşhurdur. Ölkəmizdə də "Yarasa”, "Qartal”, "Şahin”, "Vaşaq”, "Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
 
Türk komandoları isə dünyanın ən elit hərbi birləşmələrindən hesab edilir. Görünən odur ki, Prezident Azərbaycan ordusunu qardaş Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında tərtib etmək, eyni səviyyəyə çatdırmaq istəyir. Onun "biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamış, orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir” sözləri də bu fikri təsdiqləyir.
 
Azərbaycanın yeni yaratdığı komando briqadasının Hadrutda yerləşməsi də təsadüfi deyil. Belə ki, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxildir. Yəni Hadrut separatçı-terrorçu rejimin tör-töküntülərinin qaldığı ərazilərə çox yaxındır. Bu ərazidən həm separatçılara nəzarət etmək, hətta gələcəkdə ehtimal edilən anti-terror əməliyyatı üçün istifadə etmək olar. Bu mənada Türkiyə təcrübəsi əsasında yaradılan komando briqadalarının əsas vəzifəsinin gələcəkdə terrorçulara qarşı əməliyyatlar olduğunu deyə bilərik.
 
Ölkə başçısının hərbi hissənin açılışı sonrası komandoların simvolu sayılan göy rəngli bereti taxması da mühüm mesaj idi. Ali Baş Komandan bununla faktiki olaraq burada yerləşən komando birliklərinin "kölgəsi”-nin davamlı olaraq separatçıların başı üzərində olacağı mesajını vermiş oldu.

Turan Rzayev

Son xəbərlər

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - FOTO

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Bütün xəbərlər