BAKU Azərbaycan
°C

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.

Gundem.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu dedi. Marek Solçinski bildirdi ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O dedi ki, Roma Papası dövlətimizin başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.

Sonra Marek Solçinski etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.

Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.
Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.

 

Son xəbərlər

Axtarışda olan Həsənov Bakıya gətirildi

Qəpikləri dəyərindən baha satanlar KİMLƏRDİR...

İsrail ordusu 2 fələstinli komandiri ÖLDÜRÜB

Balakəndə ağır qəza - Ölənlər və yaralananlar var

Naxçıvanda son bir ayda 170 nəfər saxlanıldı

Bakıda dəm qazının miqdarı normanı ötdü

Səfirlikdən azərbaycanlı diplomatlara qarşı dələduzluq xəbəri ilə bağlı AÇIQLAMA

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

İşçisinin hüququnu pozan şəxs 20 min manat cərimə ödədi

Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı

Yeni qərar qəbul edildi: Varlılar daha çox vergi ödəyəcəklər

Bu gün Bakı metrosunda ölən şəxs məşhur müğənninin ATASIDIR - FOTO

Prezident DTX-nin bu əməkdaşlarını TƏLTİF ETDİ - ADLAR

İlham Əliyev ona VƏZİFƏ VERDİ SƏRƏNCAM

Xankəndidəki Qarabağ Universitetinin GÖRÜNTÜLƏRİ - VİDEO

Vətən müharibəsi iştirakçısı VƏFAT ETDİ - FOTO

Ölüm riski var - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Prezident sərəncam İMZALADI

Hərbçilərin NƏZƏRİNƏ! - 220 manat OLACAQ 

"Yaxşı at özünə qamçı vurdurmaz, kişi meyitimi sərə bilər" - Telli Borçalı + VİDEO

Bütün xəbərlər