20.12.2022 / 18:39
229
Serbiya Prezidenti Azərbaycana gəldi
Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycana işgüzar səfərə gəlib.
Gundem.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiya Prezidenti Aleksandar Vuçiçi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay