BAKU Azərbaycan
°C

Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq.

Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir.

Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.

İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılılmasına baxmayaraq, bəzi Aİ üzv dövlətlərinin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi.

Əslində isə, Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.

Azərbaycan, Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb.

Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib.

Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.

Son xəbərlər

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bütün xəbərlər