BAKU Azərbaycan
°C

Erməni milyarder Ruben Vardanyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib.

Müsahibə bir çox baxımdan diqqət çəkir. Belə ki, R.Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb, bəzi suallar qarşısında susmaqla kifayətlənib. Bəzi məqamlarda isə özünü ifşa edib.

Misal üçün, müsahibə zamanı diqqətçəkən bir məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması oldu. Belə ki, “Ukraynadakı hadisələr haqda suala cavab verməkdən yayınaraq yenə də ermənilərin “humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb.

“Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq, bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı”, – o deyib.

Vardanyan “beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” deyərkən əslində özünün kimlərin layihəsi olduğunu da etiraf etmiş oldu. Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sərkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut etdi.

Məsələ ondadır ki, Vardanyan istəsə belə Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər.

Rusiya Vardanyandan qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur.

Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir.

Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını yenidən görə bilərik.

Müəllif: Politoloq Turan Rzayev

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

Sabah 30 dərəcə isti OLACAQ

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Bütün xəbərlər