BAKU Azərbaycan
°C

Azərbaycan Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə əlaqədar İrana ən sərt reaksiyanı verdi. Belə ki, verilən qərar ilə bu ölkədəki səfirliyimiz diplomatik fəaliyyətini tamamilə dayandırıb. Bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiqləyib. Təbrizdəki Baş Konsulluğun fəaliyyəti davam etsə də, bütün hallarda bu, iki ölkə münasibətləri tarixində verilən ən sərt qərardır. 

Tehranın cavabı Bakını qane etmir

İran tərəfi ciddi cəhdlə çalışır ki, Azərbaycan səfirliyinə edilən hücumu ailə-məişət zəminində baş verən bədbəxt hadisə kimi təqdim etsin. Rəsmi Bakı isə bu iddianı qəbul etmir. 

Məsələ ondadır ki, Azərbaycan tərəfinin əlində hadisənin terror aktı olduğuna dair rəsmi məlumatlar var. Ehtimal ki, bununla bağlı İran tərəfi də məlumatlandırılıb.
Bakının terror aktına dair ilkin məlumatları təqdim etməsinə rəğmən, Tehranın öz iddiasından əl çəkməməsi nəticədə Bakının daha radikal addım ataraq Tehrandakı səfirliyin diplomatik fəaliyyətini dayandırması ilə nəticələndi.  

Təbrizdəki Baş Konsulluğun fəaliyyətini davam etdirməsi isə müsbət haldır. Çünki hazırda İranda yaşayan kifayət qədər Azərbaycan vətəndaşı və 40 milyondan çox Azərbaycan əsilli İran vətəndaşı var. Bakı bu insanların taleyinə biganə qala bilməz və istəsək də, istəməsək də konsulluğun fəaliyyəti davam etməlidir. 

SEPAH terror təşkilatı elan edilməlidir!

İranın Azərbaycan səfirliyinə edilən hücumu şübhəsiz terror hadisəsidir və bu hadisənin məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır. Hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olması və onun SEPAH-la, eyni zamanda SEPAH-ın Azərbaycan qanadı “Huseynuyun” təşkilatı ilə əlaqəli olması da bunu deməyə əsas verir. 

Rəsmi Bakı hadisə ilə bağlı səfirliyin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırsa da, bu, kifayət deyil. Azərbaycan tərəfi daha radikal addım atıb SEPAH və onun Azərbaycan qanadı olan “Huseynuyu” terror təşkilatı elan etməlidir. Rəsmi Bakının bu təşəbbüsü beynəlxalq aləmdə müsbət qarşılana, ABŞ, Avropa Birliyi, İsrail kimi ölkələrin də dəstəyinə səbəb ola bilər.

Onsuz da ABŞ 2019-cu ilin aprelindən etibarən SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bunun məntiqi davamı olaraq 2020-ci ilin yanvarında təşkilatın "Qüds" qolunun komandanı Qasım Süleymaniyə qarşı Bağdadda xüsusi əməliyyat keçirərək onu zərərsizləşdirdi. 

ABŞ-dan sonra Avropa Birliyi də hazırda  SEPAH-ı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Əgər bu baş verərsə, Avropa bu məsələdə siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq. 

SEPAH-ın terror təşkilatı elan edilməsi Bakıya nə vəd edir?

Bu cür qərarlar İrana qarşı mümkün hərbi əməliyyat üçün müəyyən legitimlik yaradır. Düzdür, Azərbaycanın indiki məqamda nə İranla hərbi gərginliyə girmək, nə də Tehrana qarşı formalaşacaq ehtimal hərbi koalisiyaya qoşulmaq kimi bir niyyəti yoxdur. Amma bu addım Bakıya Orxan Məmmədov, Tohid İbrahimbəyli və s. SEPAH-a bağlı “Huseynuyu” üzvlərini axtarışa vermək, onları terrorçu kimi həbs etmək və ya antiterror əməliyyatları ilə sıradan çıxarmaq üçün legitimlik qazandıracaq. 


SEPAH-ın və “Huseynuyun”un terror təşkilatı elan edilməsi İranın ölkəmizdəki agentlərini, trollarıni zərərsizləşdirməyə imkanı yaradacaq.


Digər tərəfdən, nəzərə almaq lazımdır ki, SEPAH birbaşa ali rəhbərə bağlı olan, İran sisteminin təməl hərbi-siyasi strukturudur. Ona vurulacaq istənilən zərbə eyni zamanda İran ali dini rəhbərinə vurulmuş zərbə sayılacaq. Bu zərbə İran və Azərbaycan cəmiyyətlərinə bu şəxsin ilahiləşdirilən obrazının dağıdılması demək olar.

Nəhayət, SEPAH-ın terror təşkilatı elan edilməsi Bakının beynəlxalq nüfuzuna müsbət mənada ciddi təsir edəcək.

Müəllif: Politoloq Turan Rzayev

Son xəbərlər

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Aprel çağırışı yekunlaşır - FOTO

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Mübariz Qurbanlıya AĞIR İTKİ

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Bütün xəbərlər