BAKU Azərbaycan
°C

Ermənistan ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq".

Gundem.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

"Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik", - deyə dövlət başçısı bildirib

Son xəbərlər

Nurlan Cəfəri həbs edildi

Hansı bürclər bir-birləri ilə ayrılmaz dost olurlar? - ULDUZ FALI

Putindən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Meyxananın şiri Rəşad Dağlıdırsa, çaqqalı kimdir? - VİDEO

Molla təhqir etdi, qadınlar bıçaqladı

Sarımsaq və soğanın faydaları mif imiş

Toppuş bacının əri: "Bu sözlərimə Tünzalə uşaq kimi ağladı" - FOTO 

Tokio - Təl-Əviv təyyarəsi Bakıya təcili eniş etdi

Hadisə bu dəfə vannadakı kadrları ilə gündəmdə - FOTO

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

“Guya gəlib mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin!”

ABŞ Ukraynaya daha 400 milyon ayırdı

8 il sonra insanlar "ölümsüz" olacaqlar - Xərçəngə tutulmayacaqlar

Reperin azyaşlı oğlu beşinci mərtəbədən yıxılıb

Bayramov niyə Fələstinə də səfər etdi?

Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı TƏSDİQLƏNDİ 

"Xəzər"in canlı efirinə pələng gətirildi

Ağ Evdən ÇAĞIRIŞ - Dərhal ölkəni tərk edin!

Ramazanın doqquzuncu günü: İmsak, iftar vaxtları, günün duası

Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun - VİDEO

Bütün xəbərlər