BAKU Azərbaycan
°C

Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 104 gündür davam edir.

Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edir.

Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son” və sair şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər