BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Millət vəkilinə dövlətimizin başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, hadisənin onu sarsıtmadığını vurğulayaraq, həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacağını və heç nəyin onu bu yoldan çəkindirə bilməyəcəyini deyib.

Son xəbərlər

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Şəhid anası vəfat etdi - FOTO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Azərbaycan lideri: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

Aprel çağırışı davam edir - FOTOLAR

Dövlət başçısı: "Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb"

Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edildi - FOTO

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Azərbaycan “AcwaPower” ilə enerji saxlanc sistemləri layihələrini MÜZAKİRƏ ETDİ

Prezident: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu BİLDİRDİ

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda tibbi maska istehsalı ARTDI

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Bütün xəbərlər