Siyasət
28.12.2021 / 16:55
432
Anna Popova: "Rusiya MDB ölkələrinə bioloji təhlükəsizlik mərkəzlərinin yaradılmasına kömək göstərməyə hazırdır"
Rusiyanın baş sanitar həkimi, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin liderlərinin qeyri-formal sammitində MDB məkanındakı bioloji təhlükəsizliklə bağlı çıxış edib.
Məlumata görə, A. Popova MDB-də bioloji təhlükəsizlik üçün tədqiqat və məlumat mübadiləsi üçün vahid tədbirlər sisteminin qurulmasının lazım olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyası MDB ölkələrinə bioloji təhlükəsizlik mərkəzlərinin layihələndirilməsi və təchiz edilməsində kömək göstərməyə hazırdır/APA.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay