BAKU Azərbaycan
°C

Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Gundem.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, bu gün Afrika İttifaqının beynəlxalq təşkilat olaraq təsis edilməsindən 60 il ötür: "Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Afrika ölkələrinə və Afrika İttifaqının Komissiyasına öz səmimi təbriklərini çatdırır. Ötən 60 il ərzində İttifaq qlobal sülh, təhlükəsizlik və davamlı inkişafa Afrika qitəsinin dəyərli töhfələrinin verilməsində önəmli rol oynayıb. Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq davamlı əsasda şaxələnməklə yüksələn xətt üzrə inkişaf edir".

Qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan verib: "Arika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Afrika qitəsini prioritet region olaraq elan edib və xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, bu il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış və həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə 1 milyon ABŞ dolları ianə elan olunub. Azərbaycan Afrika qitəsində diplomatik təmsilçiliyini də tədricən artırmaqdadır. Qitədə mövcud olan diplomatik nümayəndəliklərə əlavə olaraq, ötən ilin sonunda Keniyada diplomatik nümayəndəlik təsis edilib. Azərbaycan tərəfi əmindir ki, ortaq dəyər və prinsipləri bölüşdüyü Afrika ölkələri ilə əməkdaşlıq bundan sonra da həm ikitərəfli əsasda, həm də Afrika İttifaqı çərçivəsində daha da inkişaf edəcək".

Son xəbərlər

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Rusiya müdafiə nazirinin müavini SAXLANILDI

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb

Bakıda 3 maşın yandı

Həmişə sevgi üçbucaqları yaradan BÜRCLƏR

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Rusiya XİN Bakı və İrəvan arasında bu məsələni zəruri hesab etdi

"Qalatasaray" Azərbaycana gəlir… "Qarabağ"la birgə MÜHÜM LAYİHƏ!

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Üç manat siqaret puluna görə əmisini öldürdü

Bütün xəbərlər