BAKU Azərbaycan
°C

Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında dedikləri müxtəlif reaksiyalara səbəb olub.

Separatçı, özünü "Dağlıq Qarabağ Respublikası"nın prezidenti adlandıran Araik Harutyunyan Facebook-da yazıb ki, "Dağlıq Qarabağ ermənilərinin müqəddəratının həlli ilə bağlı qərarları yalnız onlar özləri verə bilər. Onlar üçün Qarabağın müstəqilliyi əsas hədəf hesab olunur və Azərbaycanın tərkibində hər hansı bir status qəbuledilməzdir".

Paşinyan dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı iddia edib ki, onun Baş nazir olmasından bir neçə il əvvəl ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, nəticədə ermənilər üçün faciəvi olub və elə bir vəziyyət yaranıb ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir.

Azərbaycanlı ekspert Şahin Cəfərli hesab edir ki, Ermənistanın Baş naziri bu açıqlaması ilə cəmiyyəti bundan sonra qəbul ediləcək qərarlara və atılacaq addımlara hazırlayır.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bazar ertəsi keçirdiyi mətbuat konfransında Paşinyanın bəyanatına istinadən deyib ki, Ermənistan Qarabağdan "əlini üzüb":

"Bu aydındır ki, əgər Baş nazir deyirsə ki, 2016-cı ildən bəri Qarabağın Azərbaycandan kənarda nəzəri cəhətdən də hər hansı status almaq şansı olmayıb, onda bu, Ermənistanın mövqeyidir," - keçmiş prezident deyib.

Azərbaycanlı millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, Ermənistan hazırda Azərbaycanın yaratdığı reallıqla hesablaşır.

Ermənistanda Paşinyanın dedikləriylə cəmiyyətin bir hissəsinin razı olmadığını deyən ermənistanlı politoloq Vigen Hakobyanın fikirincə, Baş nazirin apardığı siyasət və erməni-azərbaycanlı münasibətlərinin həllinə dair onun planları ölkədə "məğlubedici, pasifist bir plan" kimi qəbul edilir:

"Odur ki, əgər cənab Paşinyan nəsə deyirsə, bu, hələ o demək deyil ki, Ermənistanda və xüsusilə də siyasi dairələrdə onun dedikləri həqiqət kimi qəbul edilir".

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan sülh danışıqlarına başlanmasında başlıca şərtlərdən biri kimi Qarabağın statusu məsələsini qabartsa da, Azərbaycan birmənalı olaraq, Dağlıq Qarabağa hər hansı status verilməyəcəyini bəyan edib.
 
///Pravda.az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər