BAKU Azərbaycan
°C

"Media haqqında” qanun layihəsinə üçüncü oxunuşda siyasi partiyalar və dini qurumlarla bağlı nəzərdə tutulan 26.3.4 və 26.3.5 maddələrinə dəyişiklik təklif edilir.

Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri deyib ki, siyasi partiyaların və dini qurumların media subyektinin təsisçisi (iştirakçısı) ola bilməyən qurumlar və şəxslər sırasında olması narazılıqla qarşılanıb: "“İşçi Qrup məsələ ilə bağlı konsensus əldə edib. Siyasi partiyaların və dini qurumların çap mediası istisna olmaqla, media subyektinin təsisçisi və iştirakçısı ola bilməməsi ilə bağlı müddəa hazırda mövcud olan “Siyasi partiyalar haqqında” və “Teleradio yayımı haqqında” qanunda da əksini tapır.

Yəni yeni “Media haqqında” qanun layihəsində siyasi partiyalara və dini qurumlara qarşı hər hansı diskriminasiya tətbiq edilmir. Bununla bərabər, 26.3-cü maddədə yasaq qoyulan digər subyektlər sırasından onların adı çıxarılır, onların adı ayrıca yarımbənd kimi veriləcək. İndi olduğu kimi, bundan sonra da partiyaların “Youtube” kanalları və internet televiziyalarının təsisçisi olmasına və fəaliyyətini bilavasitə həmin kanallar üzərindən qurmasına heç bir yasaq qoyulmur. Partiyaların ölkə miqyasında hansısa media təsis etməsinə yasaq qoyulur. “Siyasi partiyalar haqqında” qanunda gələcəkdə dəyişiklik olacağı təqdirdə, analoji dəyişiklik media qanunvericiliyinə də daşınacaq. Bu layihədə partiyaların hüquqlarını pozan hansısa müddəa irəli sürülməyib”/APA.

Qeyd edək ki, Milli Məclisdə iki oxunuşdan keçmiş “Media haqqında” qanun layihəsinin 26.3-cü bəndinə əsasən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, siyasi partiyalar (çap mediası istisna olmaqla) və dini qurumlar (çap mediası istisna olmaqla) media subyektinin təsisçisi (iştirakçısı) ola bilməz.

Qanun layihəsi sabah üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər