BAKU Azərbaycan
°C

Sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar.

Gundem.az xəbər verir ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.

Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.

Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Son xəbərlər

İƏT-in 9-cu Baş katibi İlham Əliyevi təbrik etdi

Şoyqu: "Ukrayna məhvə doğru gedir"

Azərbaycan Xankəndiyə yanğınsöndürmə briqadası göndərdi

"Qarabağdakı erməni sakinlərə ərzaq yardımı bundan sonra da çatdırılacaq" - Hikmət Hacıyev

Putin və Rəisi telefonla danışdı

İsveç bu ölkənin vətəndaşlarını deportasiya etdi

Ermənistanda keşiş həmkarını güllələyərək öldürüb

ABŞ-dan sülh müqaviləsi AÇIQLAMASI

Putin oktyabrda Qırğızıstana səfər etməyi planlaşdırır

“Deputatların AZAL heyəti ilə görüşündən sonra bəzi miflər dağıldı”

Məcburi köçkünlər şəhərciyində partlayış - Yaralılar var

Avstriya buna görə Ukraynaya 2 milyon avro verəcək

Prokuror Alimpaşa Məmmədova cəza istədi - Bu əmlakları müsadirə ediləcək

"Zəngəzur dəhlizi İrandan keçə bilər" - Ərdoğan

"İndi Xocalıda kim var? Xocalının əsl sahibləri..." - Türkiyə lideri

“Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır” - Prezidentin köməkçisi

Almaniya ukraynalı qaçqınlara yardımı azaldacaq

Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi

"Rosatom"un rəhbəri Zaporojye AES-dəki vəziyyətdən DANIŞDI

Söyüdlüdəki zavodun fəaliyyətinin bərpasının şərtləri AÇIQLANDI

Bütün xəbərlər