BAKU Azərbaycan
°C

Sentyabr 19-da xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Gundem.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.

Son olaraq, 19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.

Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb. Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Nazir C.Bayramov vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür.

Türkiyəli nazir hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Şuşada 64 nəfər cərimələndi

Ölkə ərazisində 51 kiloqram narkotik AŞKARLANDI

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb inşa edildi - VİDEO

Metroda fasilə yarandı: Səbəb nədir? - RƏSMİ AÇIQLAMA

Xəzərdə zəlzələ oldu

Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verdi

Prezident və birinci xanım Fatma Səttarovanın dəfninəəklil göndərdi

Fatma Səttarova II Fəxri xiyabandaDƏFN OLUNDU

Azərbaycanda COP 29-a görə bu günlərdəİŞ OLMAYACAQ

Azərbaycan Qran-Prisinin ikinci gününün proqramı

Qusarda motosiklet aşdı -Ölən var

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Birdən-birə yoxa çıxan Anjikuni gölünün sakinlərinin başına nə gəlib? -FOTO

Tbilisi meri: "Gürcü xalqı iləhəyasızcasına rəftar edənlərin hamısı düşməndir"

Azərbaycanlı aktrisa səhnədə yıxılıb xəstəxanalıq oldu: "Beyin sarsıntısı..." - FOTO

Putinin səfir təyin etdiyi İradə Zeynalova kimdir? - DOSYE

Putin İradə Zeynalovanı səfir TƏYİN ETDİ - FOTO

Azərbaycanda iş yerini dəyişənlərin sayı sürətlə ARTIR - STATİSTİKA

Bağçalarda həftəlik iş rejimi ilə bağlı nizamnamə TƏSDİQLƏNDİ

"Cənubi Koreya Ermənistana silah tədarükünə Qərbin diktəsi ilə razılıq verib..." - AÇIQLAMA

Bütün xəbərlər