BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.

Gundem.az xəbər verir ki, dövlətimizin başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd etdi.

Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru dedi ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə etdi.

Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparıldı.

Qeyd edildi ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri bərpaolunan enerji, yaşıl iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər