BAKU Azərbaycan
°C

"Vətən mühaibəsində 3 min şəhid verən Azərbaycanın itkiləri mürəkləb coğrafi relyefdə, silsilə müdafiə xəttinin mövcudluğu şəraitində hərbi nöqteyi-nəzərdən minimal itki hesab olunur".

Gundem.az  xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında bildirib.

O vurğulayıb ki, hücumda olan ordu müdafiədə olan ordudan daha çox itki verir: "Müdafiədə olan Ermənistan ordusu iki dəfədən çox hərbçi itirib, bütün texnikası məhv edilib, Azərbaycanın qələbısinin hərb tarixinə möhtəşəm qələbə kimi düşməsi danılmaz faktdır.

Eynilə 2023-cü il sentyabrın 20 də həyata keçkrilmiş lokal xarakterli antiterror tədbirləri heç də 3-5 erməni qulduruna qarşı deyil, müasir texnika, silah- sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistan silahlı qüvvəlırinin birləşmələrinə qarşı həyata keçirildi. Üstəlik, onlar uzun illərdir əlverişli müdafiə xətti qurmuşdular və yüksəklilərdə yerləşərək üstün mövqelərə malik idilər.

Belə bir şəraitdə Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 58 dəqiqəyə onları ağ bayraq qaldırmağa məcbur etdi. Üstəlik, yenə də tədbirlərin miqyası və mahiyyəti etibarilə verilən itkilər çox azdlr.

Əlbəttə, neçə hərbçimizin şəhid olmasından asılı olmayaraq bu bizim ürəyimizi ağrıdır. Heç bir ana, ata, bacı və qardaş, həyat yoldaşı, uşaq gözü yaşlı qalmalı deyil.

Amma zaman var idi, biz millət kimi yox olmağa, bütün sərvətimizi verməyə hazır idik ki, işğal altında olan ərazilərimizi, Qarabağı, Xocalını, Xocavəndi, Xankəndini qaytaraq. Bu bizim bir millət kimi mövcudluğumuz məsələsiydi.

Biz 90-cı illərdə 30 min qurban verdik, torpaqlarımız da getdi, milli mənliyimiz də tapdalandı. Hər dəfə ermənilərin bizim əsgərlərə necə işgəncə verməsi kadrlarını görəndə, qız-gəlinlərimizin erməni əsirliyində qalması və hansı faciələr yaşaması barədə oxuyanda sadəcə yaşadığımıza görə utandıq.

1992-nin yanvarında Daşaltı əməliyyatında yüzlərlə hərbçimizi itirdik, amma heç nəyə nail olmadıq. İndi isə ən az itki ilə Qarabağın ermənilər yaşayan ərazisini bircə günə nəzarətə götürdük".

Ekspert qeyd edib ki, 2020-ci ilin noyabrında müharibə bitdikdən sonra ötən 3 il ərzində biz Ermınistanı sərhədlərimizdə möhkəmlənməyə qoymadıq: "O tərəfdə bütün sərhəd boyu yüksəklikləri nəzarətə götürdük, Ermənistandan Qarabağa silah sursat daşınmasının qarşısını aldıq, ermənilər Qarabağda bir santimetr belə əlavə tranşeya qaza, istehkam qura, möhkəmlənə bilmədilər. Biz ara sıra toqquşmalarda qurbanları da ona görə verdik ki, düşməni güclənməyə, yeni mövqelər əldə etməyə qoymayaq. Sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirlərinin uğuru həm 3 il ərzində ordumuzun daha da güclənməsi, həm də yuxarıda sadalanan bütün bu işlərə görə mümkün oldu.

Kim necə düşünür, düşünsün, amma həqiqətən də İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir.

Torpağı qanla vermişdik, qanla da almalıydıq, aldıq da. Şəhidlərimizi ağlamalıyıq, ağlayırıq da. Amma bu gün göz yaşlarımız 90-cı illərdə aşağılanmış, təhqir edilmiş insanlarımızın göz yaşları deyil, qürur hissi keçirən, başını dik tutan, şəhidlırimizlə, igidlərimizlə fəxr edən xalqımızın göz yaşlarıdır.

Ona görə də niyə itki verdik sualını verməyək, şükür ki, az itki hesabına tariximizdə daha bir parlaq qələbə səhifəsi açdığımızın əhəmiyyətini dərk etməyə çalışaq".

Son xəbərlər

Azərbaycanda ağır YOL QƏZASI - Ölən var

Şuşada 64 nəfər cərimələndi

Ölkə ərazisində 51 kiloqram narkotik AŞKARLANDI

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb inşa edildi - VİDEO

Metroda fasilə yarandı: Səbəb nədir? - RƏSMİ AÇIQLAMA

Xəzərdə zəlzələ oldu

Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verdi

Prezident və birinci xanım Fatma Səttarovanın dəfninəəklil göndərdi

Fatma Səttarova II Fəxri xiyabandaDƏFN OLUNDU

Azərbaycanda COP 29-a görə bu günlərdəİŞ OLMAYACAQ

Azərbaycan Qran-Prisinin ikinci gününün proqramı

Qusarda motosiklet aşdı -Ölən var

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Birdən-birə yoxa çıxan Anjikuni gölünün sakinlərinin başına nə gəlib? -FOTO

Tbilisi meri: "Gürcü xalqı iləhəyasızcasına rəftar edənlərin hamısı düşməndir"

Azərbaycanlı aktrisa səhnədə yıxılıb xəstəxanalıq oldu: "Beyin sarsıntısı..." - FOTO

Putinin səfir təyin etdiyi İradə Zeynalova kimdir? - DOSYE

Putin İradə Zeynalovanı səfir TƏYİN ETDİ - FOTO

Azərbaycanda iş yerini dəyişənlərin sayı sürətlə ARTIR - STATİSTİKA

Bağçalarda həftəlik iş rejimi ilə bağlı nizamnamə TƏSDİQLƏNDİ

Bütün xəbərlər