BAKU Azərbaycan
°C

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirdiyi brifinqdə Qarabağdakı vəziyyətlə bağlı da danışıb.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun məqsədi Ermənistan və Azərbaycana danışıqlar masasına qayıtmağa və davamlı sülhə nail olmağa kömək etməkdir.

Miller bildirib ki, dövlət katibi Antoni Blinken iki ölkənin liderləri, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb. Amerika administrasiyasının bir sıra yüksək rütbəli nümayəndələri regiona gəliblər.

Millerin sözlərinə görə, Vaşinqton diplomatik prosesi davam etdirmək üçün hər şeyi edib.

Dövlət Departamentinin mətbuat katibi ABŞ prezidentinin xüsusi nümayəndəsi, Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin regiona səfərinə də toxunub.

Millerin sözlərinə görə, Bakıdakı görüş zamanı Vaşinqtonun həyata keçirilməsini prioritet hesab etdiyi üç məsələ irəli sürülüb.

ABŞ atəşkəsin qorunub saxlanmasını; humanitar məsələlərin həll olunmasını; beynəlxalq müşahidə missiyasının  Qarabağa buraxılmasını istəyir.

Spikerin sözlərinə görə, belə bir missiyanın Bakıya gəlişini alqışlayacaqlarına dair Azərbaycan hökumətindən aldıqları təminatlar təqdirəlayiqdir.

Miller bildirib ki, ilk növbədə tərəflər razılığa gəlməlidir. O qeyd edib ki, Vaşinqton diplomatiyanı inkişaf etdirəcək, lakin nizamlanma üçün Azərbaycan və Ermənistanın razılığı lazımdır.

"Biz onları buna sövq etmək üçün əlimizdən gələni edəcəyik, lakin onlar danışıqlar aparmağa və bir növ həll yoluna gəlməyə razı olmalıdırlar, bunun üçün bizə tapşırılan işi görəcəyik".

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər