BAKU Azərbaycan
°C

Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların başlaması müsbət bir haldır. Burada birbaşa razılığın olması mühüm amildir. Həmin razılığa əsasın həbs edilən müəyyən şəxslər qarşılıqlı olaraq azad edilir. Bu, əslində yeni bir prosesin başlandığını göstərir.

Gundem.az  xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

"Birbaşa olaraq Azərbaycanla Ermənistan arasında təmasın olması prosesi qarışdırmaq istəyən ünsürlərin də rolunun azalmasına xidmət edir. Bu həm də bölgədə inteqrasiya məsələlərinin, kommunikasiyaların qurulması baxımından da vacibdir" - deyə o qeyd edib.

Partiya sədrinə görə, gec-tez Azərbaycanla Ermənistan təkbətək qalacaqdı:

"Belə olan halda indidən bu insiyyətin qurulması, problemlərin həlli istiqamətində ortaq məxrəcə gəlinməsi ümumi işin faydasına olacaq. Yəqin ki, bu istiqamətdə olan gedişat bundan sonra da irəliləyəcək".

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş nazirinin Aparatı birgə açıqlama yayıb. Həmin məlumatda Azərbaycanla Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür.

İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Xoşməramlı addım olaraq, Azərbaycan 32, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir.

Son xəbərlər

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Azərbaycan nefti bahalaşdı

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tolik Röyadan yazdı: “Çuşka yığını...” -VİDEO

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Bütün xəbərlər