BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Gundem.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları.

İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir.

Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. İki il bundan əvvəl - 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb.

Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək.

Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!"

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər