BAKU Azərbaycan
°C

Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


XİN-dən Gundem.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və Əlcəzair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla Əlcəzair arasında artan tərəfdaşlığın, dost münasibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıblar. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, enerji, parlamentlərarası əlaqələr və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunub. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığı davam etdirdiyi bildirilib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verib.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Son xəbərlər

Hacıağa Əliyev YÜKSƏK VƏZİFƏYƏ təyin olunu

Britni Spirsə nə olub? - “İnstaqram” səhifəsini sildi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Dünyanın ən yüksək astronomik rəsədxanası açıldı: Tikintisi 26 il çəkib

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Bütün xəbərlər