BAKU Azərbaycan
°C

Aprelin 26-da Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gundem.az-a verilən xəbərə görə, sonra Şuşaya gələn qonaqlar Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Qala divarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, Azər Kərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Son xəbərlər

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Bütün xəbərlər