BAKU Azərbaycan
°C

"Avropada Azərbaycana dost, ən etibarlı tərəfdaş ölkələrdən biri də Bolqarıstandır. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmış və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf edib".

Gundem.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib. Önun sözlərinə görə, dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında şəxsi dostluq ölkələr arasında da dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verib. 8 may tarixində Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsi Azərbaycanla Bolqarıstan arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradıb.

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib.

 

"Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. Son dövrdə Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatsızıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Bolqarıstanın qaz istehlakının 50%-ni təmin edir. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilib. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir və hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac ediləcək".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarına böyük töhfə verir. 

“Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcmi hər il artmaqdadır. Bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yükdaşımalarını həyata keçirir. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır”. (Sfera.az)

Son xəbərlər

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

Bütün xəbərlər