Azərbaycan qadınlarının 90 faizi oxuma-yazma bilmir? - MM-də deputatlar arasında MÜBAHİSƏ
“Xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir”.
Gundem.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib.
Deputat qeyd edib ki, əhalinin az qala 90 faizi ərizə yaza bilmir, nəinki adi hüquqi prosedurları bilsin: “Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulmalıdır”.
Deputat Hikmət Babaoğlu isə cavab olaraq bildirib ki, deyilən fikirlə razı deyil:
“Mən belə şeyləri mən qəbul etmirəm. Qeyd edildi ki, Azərbaycan qadınlarının 90 %-i heç ərizə yaza bilmir. Azərbaycan qadınları folklorun bütün janrlarında qoşma gəraylı, şeir və s. hansı formada deyirsiniz nümunələr yaradıb. Necə yəni 90 % yazı yaza bilmir?! Azərbaycanda yazıb oxumaq 100 %-dir. Maşallah bütün qadınlarımız yazmağı da, oxumağı da bilirlər”. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay