BAKU Azərbaycan
°C

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə hazırkı cəbhə xətti qalmaqla atəşkəsə razıdır". 


Gundem.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Reuters”ə  Putinə yaxın olan şəxslər danışıb. 
Həmin şəxslərin verdiyi məlumata görə, müharibədə əldə edilən nəticələr saxlanılmaqla müharibəni dayandırmaq mümkündür. Amma Ukrayna və Qərb dövlətləri buna müsbət cavab verməsə, Rusiya müharibəni davam etdirməkdən çəkinməyəcək. 
Putinlə işləmiş və Kremldə yüksək səviyyəli danışıqlardan xəbəri olan mənbə deyib ki, Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, müharibəni dayandırmaq üçün atəşkəsə də hazırdır. 
“Reuters” agentliyi bu məlumatı Putinlə işləyən və ya işləmiş, siyasətdə və biznesdə yüksək vəzifə tutan ümumilikdə beş nəfərdən öyrənib. 
İddiaya görə Putin ikinci səfərbərliyin həyata keçirilməsini istəmir. Çünki 2022-ci ilin sentyabrında birinci səfərbərlikdən sonra onun nüfuzu xeyli azalıb. Bu iddia sahibləri hesab edir ki, nə qədər çətin olsa da Putin mövcud qüvvə ilə müharibəni davam etdirmək və daha yaxşı nəticələr əldə etmək istəyir. 
Qərb analitikləri isə hesab edir ki, Putinin “işğal edilən ərazilər qalmaqla atəşkəs olsun” istəyini Qərb və Ukrayna qəbul etməyəcək. Buna görə də indiki şərtlərlə müharibənin dayanması ehtimalı zəifdir. (Sfera.az)

Son xəbərlər

İrandan gətirilən bu konfetlərdə GMO aşkarlandı - FOTO

Netanyahu Hikmət Hacıyevi qəbul etdi

Prezidentin Xankəndidə açılışını etdiyi "Bulud" hotelindənFOTOLAR

Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz

Bu qaydanı pozanlar 15 min manat cərimələnəcək

Dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

Bu hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

Xankəndidə Zəfər parkının təməli qoyuldu - YENİLƏNİB

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Bütün xəbərlər