BAKU Azərbaycan
°C

"Instagram"ın rəhbəri Adam Mosseri fotoservisdə reallaşdırılacaq bəzi yeniliklər barəsində məlumat verib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, reallaşdırılacaq yeniliklərdən ən vacibi isə orijinal kontentlərin aktiv şəkildə irəli çəkilməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, həmin dəyişikliklərdən ən vacibinin əsas hədəfi Instagram "Reels"də repost olunan TikTok videoları olacaq. Meta şirkəti artıq aydın şəkildə qeyd edir ki, o, Facebook ilə "Instagram"ı ilk növbədə dostlarla ünsiyyət vasitəsi kimi qəbul etmir. Şirkət sözügedən platformaları ilk növbədə kontent yaradıcılarına hədəflənmiş əsas platformalar kimi qəbul edir. Şirkət administrasiyası aktiv şəkildə elektron kommersiya alətlərini və auditoriya ilə çalışma üçün nəzərdə tutulmuş üsulları irəli çəkir.

 Bu üsul ilə o, "TikTok" və "YouTube"da olan müəlliflərin "Instagram" ilə "Facebook"a keçid edəcəklərinə ümid edir. Hazırda şirkət əsas diqqəti qısa videolar formatı olan "Reels"ə yönəldib. Mark Zuckerbergin sözlərinə əsasən "Reels" hazırda şirkətin yüksək sürətlə böyüyən yeni kontent formatıdır. Lakin "Reels"də çox zaman keçirən istifadəçilər daha çox anlayırlar ki, bu format "TikTok"un klonudur. Digər platformalarda mövcud olan videolarda hətta "TikTok"un loqosu da olduğu kimi qalır. İstifadəçilərin "Instagram" daxilində bu cür rəftarları ilə mübarizə aparmaq üçün şirkət orijinal olmayan kontentlərin prioritetlərini aşağı salmaq qərarına gəlib.

Yəni həmin kontentlər Instagram-ın məsləhətverici alqoritmləri tərəfindən daha az istifadəçiyə təqdim ediləcəklər. Lakin bu və ya digər kontentin orijinal olub-olmadığının hansı yol ilə müəyyənləşəcəyi barəsində məlumat verilməyib. Bu cür qərardan ən böyük zərəri isə aqreqator rolunda fəaliyyət göstərən səhifələr əldə edəcəklər. Məhz bu cür səhifələr məşhur memlərin və trendlərin mənbələri hesab edilirlər. Lakin verilmiş məlumata əsasən Instagram ilə "Facebook"un böyük istifadəçi kütləsinə sahib olmalarına baxmayaraq, hazırda əsl orijinal kontentlərin mənbələri qismində "TikTok" və "Twitter" çıxış edirlər. Məhz bu faktor səbəbilə Meta şirkəti öz məşhur platformalarında radikal addımlar atmağa qərar verib.

Son xəbərlər

Yüksək çinli dövlət məmurları Hadı Rəcəblinin yasında - FOTO

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

“Meyxananı böyük səhnəyə atam gətirib”

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Bütün xəbərlər