BAKU Azərbaycan
°C

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.

Gundem.az xəbər verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və A2Z Technologies şirkətinin baş sponsorluğu ilə baş tutub.

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafında iştirak edən tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsi olub.


Forumda əlaqəli dövlət qurumlarının, özəl şirkət və təşkilatların rəhbər və ekspertləri iştirak edib. 

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində milli kibertəhlükəsizlik ekosistemi, Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik həlləri və startaplar, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə təqdimatlar göstərilib və maraqlı müzakirələr aparılıb.

Həmçinin, Forumda Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik üzrə əməkdaşlıq məsələləri ayrıca paneldə müzakirə edilib.

Ölkəmizlə yanaşı Türkiyə, Qazaxıstan və Özbəkistanın kibertəhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən məsul nümayəndələri tərəfindən adıçəkilən ölkələrdə görülən işlər və layihələr barədə məlumat verilib və mümkün gələcək əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.


Tərəflər kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsi və əməkdaşlıq platformasının yaradılması istiqamətində bir sıra təkliflər səsləndirib. 

Tədbirin iştirakçıları Forumun sərgi bölməsində müxtəlif yerli və xarici şirkətlərin məhsul və həlləri ilə tanış olub. Habelə, Forum zamanı interaktiv yarışma keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub. 

Həmçinin, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına yeni üzv olan təşkilatlara və ekspertlərə müvafiq üzvlük sertifikatları təqdim edilib. 

Məlumat üçün bildirək ki, Forumun tərəfdaşları sırasında Huawei, Boston Consulting Group və CISCO şirkətləri, sponsorları sırasında CyberPoint, Caspian Tech, Pavo Group, Code Academy, Simbrella, AzeRobot, Digitalks Technologies, STV-Global SA, BB Security Alliance, MONT və B2B Group şirkətləri yer alıb.

Qeyd edək ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur. Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək vermək məqsədilə 2022-ci ildə təsis edilmiş Assosiasiya özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatlarını birləşdirir.

 

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər