BAKU Azərbaycan
°C

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məzuniyyət mövsümü ilə əlaqədar haker hücumu haqda xəbərdarlıq yayıb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. 

Xəbərdarlıqda qeyd olunur ki, “Kaspersky” şirkəti məzuniyyət mövsümü zamanı elektron poçt vasitəsilə reallaşdırılan yeni fişinq üsulunu aşkar edib. Bu dəfə hakerlər kreativ strategiyadan istifadə edirlər. Belə ki, onlar özlərini HR menecerlər kimi təqdim etməklə və şirkət işçisinə məzuniyyətə çıxmağı təklif etməklə şirkətin korporativ məlumatlarını əldə etməyə çalışırlar. Bu və ya digər şirkətin əməkdaşına dələduz tərəfindən göndərilmiş məktubun mətni işçinin öncədən planlaşdırılmış məzuniyyəti ilə bağlı narahatlıq keçirməsinə və onu məktubdakı fişinq məqsədli linki klikləməyə məcbur etməyə hədəflənib.

Bunun üçün işçiyə məktub guya onun çalışdığı şirkətin HR menecerinin adından göndərilir. Məktubun mətni isə bu cür olur :

“Zəhmət olmasa işçi heyətinin təsdiqlənmiş illik məzuniyyət planı ilə tanış olun. Nəzərə alın ki, qırmızı rənglə işarələnmiş əməkdaşlar artıq məzuniyyət tarixlərini təyin ediblər. Sarı rənglə qeyd edilmiş əməkdaşların isə məzuniyyət tarixləri təyin edilməyib. Məzuniyyət tarixlərini ayın sonuna kimi cavab məktubu vasitəsilə təyin edib göndərin”. Məktubdakı linkə daxil olan zaman işçiyə iş hesabının login və şifrəsinin təqdim edilməsi təklifi edilir. Bu məlumatlar daxil edildiyi zaman onlar xakerlərin əlinə keçir.

“Bu cür məktubun dələduzluq sxemi ilə bağlı olub-olmadığını təyin etmək o qədər də çətin deyil. Belə ki, bu cür məktublar minlərlə istifadəçiyə göndərilir və əsasən məktublarda menecer ilə şirkət adları qeyd edilmir və ya qeyd edilsə də real adlarla üst-üstə düşmürlər. Bununla yanaşı bu cür məktublarda yerləşdirilmiş linklər şirkətin korporativ domeninə deyil, kənar domenə yönləndirilir. Dələduzlar sadəcə ümid edirlər ki, istifadəçilər öz məzuniyyət tarixlərinin təyin edilməsi məsələsində tələsik davranaraq linkə daxil olacaqlar”, - məlumatda bildirilir.

Son xəbərlər

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bütün xəbərlər