Texnologiya
05.07.2023 / 21:00
438
"WhatsApp"da növbəti YENİLİK: Artıq 32 nəfər…
"WhatsApp" sosial platformasının istifadəçiləri üçün növbəti yeni funksiya yaradılıb.
Gundem.az xəbər verir ki, son yenilənmə qrup video söhbətləri üçün nəzərdə tutulur.
Belə ki, artıq "WhatsApp" istifadəçiləri 32 nəfərə qədər qrup şəklində video zəng təşkil edə biləcəklər.
Qeyd edək ki, yenilik masaüstü versiyaya gətiriləcək.
Bütün testlər başa çatdıqdan sonra istifadəçilərə təqdim olunacaq funksiya hazırda beta versiyada sınaqdan keçirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay