BAKU Azərbaycan
°C

“The Verge” xəbər verir ki, Microsoft növbəti “Windows 11” yeniləməsində WordPad mətn redaktorunu siləcək.

Gundem.az  xarici mediaya istinadla bildirir ki, WordPad artıq yenilənmir və “Windows”un gələcək versiyasında silinəcək. Korporasiya qeyd edib ki, müxtəlif formatlı mətn sənədlərinin daha təkmil Microsoft Word redaktorunda və ya əməliyyat sistemində quraşdırılmış Notepad-da açılması tövsiyə olunur.

WordPad proqramı Microsoft əməliyyat sistemlərində təxminən 30 il əvvəl peyda olub, mətn redaktoru ilk dəfə Windows 95-də diqqət çəkib. Jurnalistlərin fikrincə, şirkət proqrama nadir hallarda yeni funksiyalar əlavə edib - məsələn, sonuncu dəfə WordPad “Windows 7”nin buraxılışı ilə yenilənib.

Həmçinin nəşrin müəllifləri daxili redaktorun kifayət qədər məhdud olduğunu və “istifadəçilərin diqqətini cəlb etmədiyini” vurğulayıblar. Materialda deyilir ki, WordPad, çox güman ki, yalnız ƏS-in hazırkı versiyasında qalacaq. 2024-cü ildə buraxılacaq “Windows 12”də köhnəlmiş proqram artıq olmayacaq.

Son xəbərlər

“Türkiyə bölgədəki son vəziyyəti yaxından izləyir”

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Azərbaycanda 5 qəpiklik metal pul nişanının yenilənməsinin səbəbi açıqlanıb

“Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarını məhdudlaşdırmaq niyyətində deyil”

Dövlət qulluğu üzrə müsahibələrdə 44 namizəd keçdi

Stoltenberq Ukraynaya gedib

Vəzifəli şəxslər üçün maliyyə sanksiyaları tətbiq ediləcək

Azərbaycanda bu şəxslərin bütün növ bank BORCLARI SİLİNDİ

Kreml Qarabağdakı qondarma rejimin ləğvi ilə bağlı bəyanatı nəzərə alıb

Sümük iliyi transplantasiyası cərrahi müdaxilə olmadan həyata keçiriləcək

Putin Ermənistana səfər etməyi planlaşdırmır

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

Azərbaycanda bu qanunlar ləğv ediləcək

Sahibə Qafarova irlandiyalı həmkarı ilə görüşdü

Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI

Ambulator şəkildə xəstələrə dərmanların verilməsi ilə bağlı təkliflər NK-ya göndərildi

Vardanyan: "Ermənistan Rusiya ilə münasibətlərə xələl gəlməsin deyə çox çalışdı"

Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq

"Söyüdlüdə fəaliyyət göstərən şirkət pozuntu hallarının olduğunu etiraf edib" - Nazir

Həbsdə olan sabiq hakimlə bağlı QƏRAR

Bütün xəbərlər