
Texnologiya
12.09.2023 / 23:28
221
"Apple "iPhone 15"in qiymətini AÇIQLADI
"Apple" yeni cihazların illik təqdimat mərasimində "iPhone 15"in qiymətini açıqlayıb.
Gundem.az xəbər verir ki, cihazların satışı sentyabrın sonunda başlayacaq.
"iPhone 15" alüminium korpusa, beş bədən rənginə, "Dynamic Island" kəsikli yeni displey və 48 meqapiksellik əsas kameraya malikdir.
Smartfona USB "Type-C" vasitəsilə qoşulmaq mümkün olacaq. O, iki ölçüdə təqdim olunur: 6,1 düym və 6,7 düymlük ekranla.
128 GB yaddaşa malik "iPhone 15"in qiyməti 799 dollar olacaq. Böyük ekranlı "iPhone 15 Plus"un qiyməti isə 899 dollardan başlayır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay