BAKU Azərbaycan
°C

ABŞ-da yerləşən “As You Sow” və Kanadada yerləşən “Corporate Knights” tədqiqat şirkəti tərəfindən birgə hazırlanan “2024 Clean200” hesabatına əsasən, təmiz enerji texnologiyalarından ən çox gəlir əldə edən 200 şirkətin mənfəəti 2023-cü ildə 2,24 trilyon dollar olub. 


Gundem.az xəbər verir ki, 200 şirkətin siyahısında sənaye sektorunda çalışan şirkətlər daha çox olub. Sənayedə təmiz enerji texnologiyası ilə işləyən 55 böyük şirkət var. 
Amma gəlir baxımından informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər daha çox qazanc əldə edib. Bu sahənin 29 şirkəti ümumilikdə 643 milyard dollar sektorlar əsasında ən yüksək gəlirə sahib olub. 
İqlim dəyişikliyi ilə mübarizə və təmiz texnologiyalara marağın böyüməsi son vaxtlar təmiz enerji sahəsində çalışan və bu sahəyə sərmayə qoyan şirkətlərin sayını artırıb. Ötən il təmiz enerji texnologiyalarından ən çox qazanc əldə edən ölkə ABŞ olub. ABŞ-nin burada 39 şirkəti fəaliyyət göstərib. Amerikalı şirkətlər 707,9 milyard dollar qazanıblar. 
ABŞ-dən sonra sektorda fəaliyyət göstərən ən çox şirkətin Çində olduğu müəyyən edilib. Çinin 23 böyük şirkəti bu sahədə fəaliyyət göstərir. 
Çini 18 şirkətlə Yaponiya, 13 şirkətlə Fransa və 10 şirkətlə Braziliya izləyib. 
Təmiz enerji texnologiyasından ən çox qazanan şirkət isə “Apple” olub. “Apple” 274,9 milyard dollar gəlir əldə edib. Onu 81,7 milyard dollarla Çinin akkumulyator texnologiyaları şirkəti “Contemporary Amperex Technology” və 81,4 milyard dollarla elektrikli avtomobil istehsalçısı “Tesla” izləyib.  (Sfera.az)

Son xəbərlər

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Bütün xəbərlər