Qız və oğlan şagirdlər bir-birindən 50 santimetr aralıda gəzəcək – Gündem.az – İnformasiya portalı
Tarix: 14:18, 8 Ekim, 2013

Qız və oğlan şagirdlər bir-birindən 50 santimetr aralıda gəzəcək

1 (1)Çində bəzi regionlarda orta məktəblərdəki əxlaq kodeksinə yenilik edilib. Yeni qaydaya əsasən, qız və oğlan şagirdlərin bir-birinə yarım metrdən çox yaxınlaşması qadağan olunub.

Qeyd edək ki, uşaqların erkən yaşda romantik əlaqələrə girməsinin məktəbdə uğur qazanmalarına maneə yaratdığını düşünən çinli mütəxəssislər, bu səbəbdən şagirdlər arasında yaxın əlaqələrə qadağa qoyub. Oğlan və qız şagirdlər tənəffüz vaxtı da məktəbin bağçasında bir yerdə gəzə bilməyəcək. bbc