BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, ABŞ-nin Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi edilib. Tramp yüngül xəsarətlə xilas olub. Sözügedən xəbər bir neçə gündür, dünya gündəmindən düşmür. Bu istiqamətdə səsləndirilən fikirlərdən biri də amerikalı vətəndaşların silahlanma hüququnun məhdudlaşdırılmasından ibarətdir.

 

Maraqlıdır, qeyd olunan hadisədən sonra amerikalıların silahlanma hüququ məhdudlaşdırılacaqmı?

Bununla bağlı Gundem.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, hazırda Trampa və digər respublikaçı xadimlərə bu istiqamətdə təklif edilsə, qəti etiraz edərlər:

“ABŞ dünyanın ən silahlı ölkəsidir. Dünya üzrə mülki əhalidə olan silahların 42%-i amerikalıların payına düşür. Ümumilikdə ABŞ vətəndaşlarının əlində təxminən 400 milyon ədəd silah olduğu güman edilir. Əhalinin hər 100 nəfərinə azı 120 silah düşür. Hər ay ölkədə 1 milyon ədəddən çox silah satılır, hər gün 100-ə yaxın adam silahlı insidentlər zamanı ölür. Demokratlar avtomatik silahların satışının qadağan olunması, 21 yaşa qədər olan vətəndaşların silah əldəetmə hüququndan məhrum olunmasını təklif etsələr də, respublikaçılar bu cür təkliflərə yaxın durmur. Məsələn, Trampa atəş açan şəxs 20 yaşında idi və AR-15 tipli yarımavtomatik silahdan istifadə edib. Respublikaçılar bu məsələdə Konstitusiyadakı 2-ci düzəlişə istinad edirlər. Düzəlişdə deyilir ki, azad dövlətin (yəni ştatın) təhlükəsizliyinə görə, yaxşı təşkil olunmuş milis gücünə ehtiyac olduğu üçün xalqın silah saxlamaq və gəzdirmək hüququ məhdudlaşdırıla bilməz. Bu düzəliş o vaxt xalqın yerli və mərkəzi hökumət tərəfindən əzilməsi, zorakılığa məruz qalması ehtimalına qarşı düşünülmüşdü. Qurucu atalar yaratdıqları dövlətin nə vaxtsa zorakı aparata çevriləcəyindən ehtiyatlanırdılar və "Hüquqlar haqqında Bill" buna qarşı bir növ qoruyucu mexanizm kimi nəzərdə tutulmuşdu. Bu baxımdan respublikaçıların mövqeyi hüquqi baxımdan əsassız deyil”.

Ş.Cəfərli qeyd edib ki, ABŞ silah baronları və onların lobbiçiləri ənənəvi olaraq respublikaçılara daha yaxındır:

“Bu sahədə fəaliyyət göstərən ən nəhəng struktur Milli Atıcılar Assosiasiyası (The National Rifle Association - NRA) adlı qurumdur. Bu təşkilat respublikaçı sosial-siyasi ekosistemdə ciddi ağırlığa malikdir və 5 milyon üzvü var. NRA seçkilərdə respublikaçı namizədlərin kampaniyasına fəal dəstək verir, onlar üçün ianələr toplayır. NRA 2016-cı ildə Donald Trampın qələbəsində rol oynayıb, indi də onu dəstəkləyir. Yaxın və ortamüddətli perspektivdə silahlanma problemi ilə bağlı ABŞ-də siyasi kompromis əldə olunması ehtimalı çox azdır”.(sfera.az)

Son xəbərlər

Ukrayna da bu şəhəri VURDU: yaşayış binaları və avtomobillər... - VİDEO

Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə MƏLUMATI

154 kiloluq ana oğlununüstündə oturub öldürdü- Məhkum olundu

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı

ŞirvandaAĞIR QƏZA:5 yaralı var

Anasından danışıb ağladı - VİDEO

Mirzoyan sabah Moskvaya gedəcək

Çimnaz Sultanovanın Manaf Ağayevlə arxiv GÖRÜNTÜLƏRİ

"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

"Yenə 7 bal zəlzələ olacaq" - Həmin alimdən PROQNOZ

Fərid Səfərli azadlığa buraxıldı

Ən çox güvənə biləcəyiniz 2 BÜRC

Xalq artisti oğlunun müəllimlərindən üzr istədi - VİDEO

Qonşu ölkədə "donuz qripi"nə kütləvi YOLUXMA – Ölənlər var

Yeniyetmə “TikTok”a görə biznes mərkəzini yandırdı

Xankəndi ağ örpəyə büründü - FOTO

Məşhur aktyorun maşınında qadın meyiti tapıldı

Mahir Emreli saçının rəgini dəyişdi - FOTO

Bütün xəbərlər