BAKU Azərbaycan
°C

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi birgə məlumat yayıb.

Gundem.az-ın xəbərinə görə, məlumatda qeyd olunur ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılı hava şəraiti 22 oktyabr 2024-cü il tarixində günün ikinci yarısından etibarən Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

Sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm (aylıq normanın 306 %-i) təşkil edib.

Yağan intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsini təmin edir.

Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir.  

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi,  yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir.

Son xəbərlər

Ukrayna da bu şəhəri VURDU: yaşayış binaları və avtomobillər... - VİDEO

Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə MƏLUMATI

154 kiloluq ana oğlununüstündə oturub öldürdü- Məhkum olundu

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı

ŞirvandaAĞIR QƏZA:5 yaralı var

Anasından danışıb ağladı - VİDEO

Mirzoyan sabah Moskvaya gedəcək

Çimnaz Sultanovanın Manaf Ağayevlə arxiv GÖRÜNTÜLƏRİ

"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

"Yenə 7 bal zəlzələ olacaq" - Həmin alimdən PROQNOZ

Fərid Səfərli azadlığa buraxıldı

Ən çox güvənə biləcəyiniz 2 BÜRC

Xalq artisti oğlunun müəllimlərindən üzr istədi - VİDEO

Qonşu ölkədə "donuz qripi"nə kütləvi YOLUXMA – Ölənlər var

Yeniyetmə “TikTok”a görə biznes mərkəzini yandırdı

Xankəndi ağ örpəyə büründü - FOTO

Məşhur aktyorun maşınında qadın meyiti tapıldı

Mahir Emreli saçının rəgini dəyişdi - FOTO

Bütün xəbərlər