BAKU Azərbaycan
°C

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Donbassda gedən müharibə zamanı Ukrayna prezidenti Petr Poroşenkonu “istəsəm Kiyevi 2 günə tutaram” deyə hədələyib.

Üstəlik Putin 2 günə nəinki Kiyevi, 5 Avropa Birliyi ölkəsini də tuta biləcəklərini deyib.

virtualaz.org xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu “Suddeutsche Zeitung” qəzeti Poroşenko ilə Putin arasında Almaniyanın da vasitəçilik etdiyi qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

 

Həmin 5 Avropa ölkəsi isə Polşa, Rumıniya, Estoniya, Litva və Latviya idi. “Əgər istəsəm Rusiya ordusu sadəcə Kiyevi deyil, Riqanı, Vilnüsu, Tallini, Varşavanı və Buxaresti iki günə tutar”, – Putin Poroşenkonu hədələyib.

Putinin Ukraynanın işğal planı 2-3 günə başa çatsaydı hədəfdə Baltik ölkələrinin və Polşanın olacağı haqda daha əvvəl də məlumatlar var idi. Bu günlərdə Avropa Komissiyasının rəhbərinin müavini, latviyalı diplomat Valdis Dombrovkis də bu haqda danışıb. O, ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib ki, əgər Qərb Ukraynaya dəstək verməsə Putin hərbi hədəflərini genişləndirəcək və Ukraynada qalib gələndən sonra Baltik ölkələrinə hücum edəcək. “Əgər biz Ukraynaya dəstək verməsək bu müharibə Ukrayna ilə bitməyəcək”, – o bildirib.

Son xəbərlər

Sabah yağış yağacaq

Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO

Bakıda xanım biznesmen vəfat etdi - FOTO

Çimnaz Sultanova xəstəliyini niyə gizlədib?

Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

İrakli Kobaxidze Əli Əsədovla görüşdü

“Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Bütün xəbərlər