BAKU Azərbaycan
°C

Xanımların bir çoxu arzuolunmaz tüklərdən xilas olmaq üçün lazer epilyasiyasına üz tuturlar. Bu prosedur rahat olsa da, bəzən istənilən nəticəni əldə etmək mümkün olmur.

Hətta bir çox xanımlar lazerdən sonra dərisində yanıq ləkəsi , qızartı, səpki kimi problemlərin yarandığını bildirir. 

Məsələ ilə bağlı Gundem.az-a açıqlama verən dermatoloq Günay Rauf bildirib ki, bu problemlərin əsas səbəbi  lazer aparatının  düzgün seçilməməsidir.

“Yay mövsümündə diod və ya aleksandrit lazer epilyasiyasına üstünlük vermək lazımdır. Qış fəsillərindən fərqli olaraq bu dönəmdə həmin prosedurlar daha aşağı enerji ilə həyata keçirilməlidir. Və mütləq nəzərə almaq lazımdır ki, dəridə olan melanin sadəcə tükdə deyil dəridə də var və lazerin təsiri həm dəridə olan melaninə, həm də tükdə olan melaninə təsir edir. Nəticə olaraq dəridə xoşagəlməz nəticələr əmələ gəlir. Yara, müxtəlif dəri xəstəlikləri  və səpki olan nahiyələri epilyasiya etdirmək tövsiyə olunmur. Həmçinin prosedurdan sonra dərimizi günəş şüalarından qorumalıyıq.”

Müsahibimiz bəzən insanların lazerin xərçəng və digər təhlükəli xəstəlikləri yarada biləcəyindən ehtiyat etdiyini də vurğulayıb. Lakin mütəxəssisin sözlərinə görə bu düşüncələr əsassızdır:

“Lazer prosedurları dəri xərçənginə səbəb ola bilməz. Əgər xərçəng varsa lazer prosedurları onu ağırlaşdıra bilər. Dəri yanıqlarında  isə ilk yardım olaraq  iki-üç saatdan bir  pentanol kremindən  istifadə etmək lazımdır. Digər vasitələrə isə ehtiyac yoxdur. Epilyasiyadan sonra mütləq günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır.  Epilyasiyadan 1 həftə əvvəl və 1 həftə sonra salari,  günəş vannası tövsiyə olunmur hətta qadağandır

Hamilə qadınlar  yalnız 4-cü aydan sonra(riskli hamiləlik keçimirsə) yeni əməliyyat olunmuş şəxslər isə 3 aydan sonra lazer etdirə bilərlər. Həmçinin yüksək allergiyası olan, zob xəstələyindən əziyyət çəkənlərə də epilyasiya məsləhət deyil. Gözəllik qurban tələb edir deyirlər. Amma unutmayaq ki, dünyada ən gözəl nemət can sağlıdır",-dermatoloq qeyd edib. 

 

Günel Məmmədyarlı 

Son xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Buraxılış imtahanının nəticələri elan OLUNDU

Bütün xəbərlər