BAKU Azərbaycan
°C

“Azərbaycan Qarabağ ermənilərinin nümayəndəsi kimi Vitali Balasanyanla danışıqlar apara bilər. Qarabağda ermənilərlə müəyyən təmaslar məhz onun vasitəsilə baş tutub”.

Balasanyan azərbaycanlı generallara söz verdi

Vitali Balasanyan

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. O, Rusiyanın Azərbaycana yönəlik siyasətinin yaratdığı yeni situasiyanı da dəyərləndirib:

“Rusiya prezidenti Vladimir Putinin mövqeyində dəyişikliklər rəsmi Bakını Vaşinqton gündəliyinə üstünlük verməsinə səbəb olub. Rəsmi Bakı artıq Rusiyanın vasitəçiliyinə ehtiyac görmür. Putin "Valday" diskusiya kulubunda bitərəfli olaraq Ermənistanı dəstəkləyərək Qarabağda separtizminin əsas himayədarı olduğunu açıq büruzə verir. Bununla da Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçilik legitimliyinə kölgə salıb”.

Politoloqun sözlərinə görə, Rusiyanın R.Vardanyanı Qarabağa göndərməsi proseslərdə böhranın dərinləşməsinə gətirib çıxarıb:

“Prezident İlham Əliyev Qarabağdakı etnik ermənilərlə danışıqlarda Rusiyanın göndərdiyi adamla dialoq qurulmayacağını açıq şəkildə ifadə etdi. Vardanyan Qarabağda yaşayan erməni deyil, Kremlin bölgəyə göndərdiyi emissardır. Rusiya R.Vardanyanı bura yerləşdirməklə Qarabağın oz nəzarətində olması mesajını verir”.

Politoloq rəsmi Bakının Qarabağ ermənilərinin nümayəndəsi olaraq kimlə danışa biləcəyi mövzusuna da toxunub:

“Azərbaycan Rusiyanın göndərdiyi şəxslə danışıqlar aparmayacaq. Azərbaycan Qarabağda Vitali Balasanyanla danışıqlar apara bilər. Qarabağda ermənilərlə müəyyən təmaslar məhz onun vasitəsilə baş tutub. V.Balasanyanın Azərbaycanla danışıqlar aparmaqda və konsensusa gəlməkdə təcrübəsi var. Azərbaycan tərəfi özü bildiyi və seçdiyi şəxslə dialoqda maraqlıdır”.

Son xəbərlər

Mahir Emreli “Dinamo”dan gedir

Faiq Ağayev: “Biz sevgili olmamışıq”

Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO

4 gün əvvəl itkin düşən qadının meyiti çayda tapıldı

ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

Əli Əsədov qərar imzaladı

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Bütün xəbərlər