BAKU Azərbaycan
°C

Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin sərxoş vəziyyətdə qəza törətdiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva məlumat paylaşıb. O bildirib ki, Ülvi Əliyev bir neçə gün öncə Qaradağlı kənd sakini Hazar Vəliyevi maşınla vurub.

Hadisə Bakı-Qazax yolundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə, “Tac” şadlıq sarayının qarşısında baş verib. İnsident nəticəsində Hazar Vəliyev hər iki ayağından ciddi xəsarət alıb və əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.

İddialara görə, hadisə icra başçısı tərəfindən gizli saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H.Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. Hazar Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.

Son xəbərlər

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir - FOTO

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Göyçayda 88 nəfər cəzalandırıldı

Məşhur hücumçu karyerasını bərpa etdi: Qəlyan çəkmək qadağası

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

İlham Əliyev Füzulidən Berlinə getdi - TARİXİ UÇUŞ

Millət vəkilinə ağır itki

Bütün xəbərlər