BAKU Azərbaycan
°C

Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb.

Hadisə yanvar ayının 20-də, saat 17:45 radələrində "Koroğlu" metrostansiyasının qarşısında baş verib. Belə ki, Post Patrul Xidməti əməkdaşları səs gücləndirici vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü Tahir Mədətovun (ad-soyad şərtidir) nəqliyyat vasitəsini həmin ərazidən çıxarmasını tələb ediblər.

Məhkəmədə ifadə verən taksi sürücüsü deyib ki, PPX əməkdaşı ona yaxınlaşaraq, kobud formada və nalayiq ifadələrlə onu alçaldıb və maşınını oradan çəkməsini bildirib. O, hər iki tərəfdən maşınının çıxması üçün yer olmadığını polis əməkdaşının diqqətinə çatdırıb. Lakin, polis əməkdaşı onun dediklərinə belə qulaq asmadan, onu zorla dartıb sürüyərək Post patrul avtomaşınına mindirib. Hadisə zamanı ətrafa toplaşan şəxslər onu polis əməkdaşlarının əlindən alaraq, maşından düşürüblər. Bundan sonra PPX əməkdaşları onu buraxıb və ərazidən uzaqlaşıb. Taksi sürücüsü bu barədə "102" xidmətinə zəng vuraraq şikayət edib. Bundan sonra 25-ci Polis Şöbəsinə yaxınlaşaraq, hadisənin təfərrüatları barədə növbətçi hissəyə məlumat verib və həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. Bundan sonra, onu 25-ci Polis Şöbəsinə dəvət ediblər. Taksi sürücüsü polis şöbəsində olarkən onun barəsində protokol tərtib edilib və məhkəməyə gətirilib.

Polis əməkdaşı isə ifadəsində qeyd edib ki, maşını ərazidən çıxarmalarına dair əmrə tabe olmayan sürücü onları təhqir edib və “paqonlarınızı sökdürəcəm” deyib. Bu barədə o, 25-ci Polis Şöbəsinə raportla müraciət edib.

Məhkəmənin qərarı ilə taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən 150 manat məbləğində cərimə edilib.

Unikal

Son xəbərlər

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Krım körpüsü bağlandı

Nəvəsinə Polad Həşimovun adını verdi

Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO

Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR

Baş nazir QƏRAR imzaladı

Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI

Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - VİDEO

Pediatrın intiharı ilə bağlı İDDİA (VİDEO)

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli oldu

Azərbaycanda su qıtlığı problemi... - BCG

Əfv Məsələləri Komissiyası 100-dən çox müraciətə baxdı

Fransaya məxsus təyyarə Bakı hava limanında qəza enişi etdi

Bütün xəbərlər