BAKU Azərbaycan
°C

Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir.

Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub.

Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: “Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”. 

Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ.Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.

Son xəbərlər

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

Cavanşir Məmmədov VƏFAT ETDİ

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

Bütün xəbərlər