BAKU Azərbaycan
°C

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218 min nəfər olmuşdur. 

Gedənlərin cəmi 8,4 faizi və ya təxminən 18 min nəfəri İrana səfər edib. İrana gedənlərin sayı 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 15,5 faiz azalıb.

Dövlət Statistika Komitəsi Turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Gundem.az xəbər verir ki, Komitənin məlumatında bildirilir:

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil etmişdir.  

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan - 6,7 dəfə, Özbəkistandan - 5,8 dəfə, Türkmənistandan - 5,1 dəfə, Belarusdan - 4,3 dəfə, Çindən - 3,6 dəfə, Qazaxıstandan - 2,4 dəfə, İsraildən - 1,9 dəfə, Omandan - 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,8 dəfə,  ABŞ-dan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Gürcüstandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə, Türkiyədən - 33,4 faiz, Ukraynadan - 8,8 faiz, İrandan - 7,8 faiz artmışdır.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8 faiz artaraq 40,6 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 faiz artmış, İrana gedənlərin sayı isə 15,5 faiz azalmışdır. Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiya Federasiyasına, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,0 faizini kişilər, 30,0 faizini qadınlar təşkil etmişdir. 

2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,7 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Qeyd edək ki, Azərbaycan və İran arasında gərginlik gündən-günə artmaqdadır. Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra, cənub qonşumuz ölkəmizi hədələyir, vətəndaşlarımıza qarşı terror aktları həyata keçirir.

Son xəbərlər

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

Yüksək çinli dövlət məmurları Hadı Rəcəblinin yasında - FOTO

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

“Meyxananı böyük səhnəyə atam gətirib”

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

Bütün xəbərlər